Şevçenkonu istefaya göndərdilər - 7 məğubiyyətə görə

16 Yanvar 2022 00:10 İtaliya 855
Şevçenkonu istefaya göndərdilər - 7 məğubiyyətə görə

İtaliya A Seriyasında baş məşqçi istefası gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, "Cenoa" Andrey Şevçenko ilə yollarını ayırıb.

Ukraynalı mütəxəssisə xidmətərinə görə təşəkkür edilib. Komandanı müvəqqəti olaraq Roberto Murqita çalışdıracaq.

Andrey Şevçenko "Cenoa"nın baş məşqçisi postuna 2021-ci ilin noyabr ayında təyin olunmuşdu. 45 yaşlı mütəxəssis "göy-qaralar" baş məşqçisi kimi 11 oyuna çıxıb.

Komanda bu matçlarda 1 qələbə qazanıb, 3 heç-heçə edib, 7 dəfə isə meydanı məğubiyyətlə tərk edib.

"Genoa" 21 turdan sonra 12 xal toplayıb və turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti