"Millidən dəvət alsam, Türkiyədən İtaliyaya piyada gedərəm"

18 Noyabr 2021 12:20 İtaliya 473
"Millidən dəvət alsam, Türkiyədən İtaliyaya piyada gedərəm"

“Adana Dəmirspor”un futbolçusu Mario Balotelli hələ də İtaliya yığmasında oynamaq istəyir.

Sportinfo.az xəbər verir ki, o, əla formada olduğunu və yığmaya qayıtmaq istədiyini bildirib:

“Özümü çox yaxşı hiss edirəm. Əla formadayam. Son 2,5 ildə baş verənlərdən sonra hiss edirəm ki, yığmaya qayıtmağa hazıram.

Bu, mənim arzumdur. Əgər gələn ilin martında bilsəm ki, yığmanın iştirak ərizəsinə salınmışam, onda Türkiyədən İtaliyaya piyada getməyə də hazıram”.

Balotelli cari mövsümdə Türkiyə Superliqasında 12 oyunda meydana çıxıb, 5 qol vurub, 2 qol ötürməsi edib.

Digər Xəbərlər
Xəbər Lenti