“Hər məşqçi kimi, mən də nəticəyə cavabdehəm” – Kuman

22 Noyabr 2020 15:20 İspaniya 595
“Hər məşqçi kimi, mən də nəticəyə cavabdehəm” – Kuman

“Barselona”nın baş məşqçisi Ronald Kuman La Liqanın 10-cu turunda “Atletiko”ya məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, niderlandlı mütəxəssis 0:1 hesabıyla bitən oyunu belə şərh edib:

“İlk hissədə yaxşı oynadıq, amma “Barselona” kimi komanda əlavə vaxtda qol buraxmamalıdır. Ən yaxşı nəticəni qazanmaq istəyirik, prinsipcə, pis də oynamırıq.

Hər məşqçi kimi, mən də nəticəyə cavabdehəm. Futbolçularımıza inanmalıyıq və qələbə seriyasına ehtiyacımız var”.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!
21 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
21 Oktyabr 04:00 Qayıbov bura sədr seçildi