“Heç kimdən və heç nədən çəkinmir, sanki...” - VİDEO

23 Fevral 2024 18:00 İspaniya 1 527
“Heç kimdən və heç nədən çəkinmir, sanki...” - VİDEO

“İqor Ponomaryovun əsas üstünlüyü futbolçularla dil tapmaq bacarığıdır”.

Bu sözlər “Sabah”ın sabiq idman direktoru Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində keçmiş komandasının İlqar Ponomaryovla yaxaladığı çıxışdan danışıb.

Bildirib ki, Murad Musayevin istefasından sonra baş məşqçi səlahiyyətlərini yerinə yetirən mütəxəssis psixoloji gərginliyi aradan qaldırıb:

“Onun belə həssas məqamda Xəyal Əliyev kimi 20 yaşlı gəncə əsas heyətdə şans verməsi kifayət qədər cəsarətli addımdır.

Hiss olunur ki, Ponomaryov psixoloji cəhətdən o özgüvəni Xəyala verə bilib. Xəyal indi elə oyun sərgiləyir ki, sanki uzun illərdir Premyer Liqada oynayır.

Heç kimdən və heç nədən çəkinmir. Ponomaryov psixoloq kimi yaşanır işinə.

Mənim yadıma gəlir, “Sabah”da işləyəndə ən problemli futbolçulardan biri Cavid İmamverdiyev idi. Ponomaryovu ən çox istəyən də elə Cavid idi”,

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...