Messi La Liqanın bərpasından sonra ilk oyuna çıxmayacaq?

5 İyun 2020 11:06 İspaniya 700
Messi La Liqanın bərpasından sonra ilk oyuna çıxmayacaq?

"Barselona"nın ulduzu Lionel Messi La Liqanın XXVIII turunda qarşılaşacaqları "Malyorka" ilə matçda iştirak etməyə bilər.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı hücumçu bud əzələsində narahatlıq hiss edir.

Daha əvvəl argentinalı oyunçunun idman zalında fərdi məşq etdiyi və yaxın günlərdə ümumi məşqlərə başlaya biləcəyi deyilirdi.

Martda koronavirus pandemiyası səbəbindən dayandırılmış İspaniya La Liqasının iyunun 11-də bərpa olunacağı açıqlanıb. "Barselona" "Malyorka" ilə iyunun 13-də qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti