“Barselona” Martineslə razılaşdı - məvacibi 12 milyon avro olacaq

2 İyun 2020 19:30 İspaniya 436
“Barselona” Martineslə razılaşdı - məvacibi 12 milyon avro olacaq

“İnter”in hücumçusu Lautaro Martinesin “Barselona” ilə danışıqları yekunlaşıb.

Sportinfo.az xəbər verir ki, argentinalı forvard Kataloniya klubu ilə hərtərəfli razılıq əldə edib.

Bildirilir ki, 22 yaşlı oyunçu La Liqa təmsilçisi ilə 5 illik müqavilə bağlayacaq. Martinesin illik məvacibi 12 milyon avro olacaq. Ancaq bonuslarla birlikdə bu məbləğ arta bilər.

Hazırda klublar arasında danışıqlar son mərhələdədir. İspanlar son olaraq 80 milyon avro maaş və müdafiəçi Junior Firponu təklif etsə də, “rossonyerlər” sərbəst qalma məbləğinin ödənilməsini istəyir. Martinesin transfer məbləği 111 milyon avrodur.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"