Artur qərarın verdi

27 May 2020 20:20 İspaniya 779
Artur qərarın verdi

"Barselona"nın yarımmüdafiəçisi Artur komandadan ayrılmaq niyyətində deyil.

Sportinfo.az xəbər verir ki, "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Arturun atası və təmsilçisi ötən bazar günü "Yuventus"un idman direktoru Fabio Paratiçi ilə əlaqə saxlayaraq oğlunun "Barselona"da qalmaq qərarına gəldiyini onun nəzərinə çatdırıb.

Bazar ertəsi 23 yaşlı futbolçu, onun atası, katalon klubunun idman direktoru Erik Abidal və Abidalın müavini Ramon Planes arasında görüş baş tutmuşdu.

Görüş zamanı Artur rəhbərliyi istəyi barədə məlumatlandırıb. Daha əvvəl Arturun Miralem Pyaniç qarşılığında "Yuventus"a keçəcəyinə dair xəbərlər yayılmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Mart 02:30 O da danışacaq
26 Mart 02:10 Milliyə aid MƏLUMAT