Simeone 8 ildir "Barsa"ya qalib gələ bilmir

2 Dekabr 2019 13:53 İspaniya 836
Simeone 8 ildir "Barsa"ya qalib gələ bilmir

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone "Barselona"ya qarşı uğursuz seriyanı La Liqanın 15-ci turunda da qıra bilmədi.

Sportinfo.az xəbər verir ki, 2011-ci ildən Madrid klubunu çalışdıran argentinalı mütəxəssis Primeroda baş məşqçi kimi heç vaxt Kataloniya klubuna qalib gəlməyib.

8 ildir çempionatda "Barsa"nı məğlub edə bilməyən "matrasçılar"ın qalibiyyətsizlik seriyası ardıcıl 16 oyuna çatıb. Bu görüşlərin 10-da uduzan paytaxt komandası 6 dəfə heç-heçəyə razılaşıb.

Simeone "Barselona"ya baş məşqçi kimi yalnız 1 dəfə - o da Çempionlar Liqasının 1/4 finalında qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti