“Neftçi”nin oyunu "DAZN" yayım platformasında

07:20 Qadın futbolu 54
“Neftçi”nin oyunu "DAZN" yayım platformasında

AFFA ilə FIFA arasında imzalanmış lisenziya müqaviləsi çərçivəsində AFFA-nın təşkilatçılığı ilə keçirilən Qadınlar Super Liqasının iki oyunu FIFA+ TV tərəfindən "DAZN" yayım platformasında canlı yayımlanacaq.

Sportinfo.az xəbər verir ki, IV tur çərçivəsində noyabrın 7-də keçiriləcək “Sumqayıt” – “Araz-Naxçıvan” (12:00) və “Neftçi” – “Liman” (13:00) görüşləri platformada canlı təqdim olunacaq.

Matçları aşağıdakı linklər vasitəsilə izləyə bilərsiniz:

“Sumqayıt” - “Araz-Naxçıvan”

“Neftçi” - “Liman”

Saziş lisenziya müddəti ərzində – 2028-ci il sentyabrın 1-dək AFFA-nın təşkilatçılığı ilə keçirilən yarışlardan seçilmiş matçları və video məzmunu əhatə edir.

Proqrama Azərbaycanın qadınlardan ibarət milli komandasının yoldaşlıq oyunları və UEFA Millətlər Liqasının seçmə görüşləri, aşağı yaş qrupları üzrə liqalar, Qadınlar Super Liqası, həmçinin sənədli filmlər və tələb üzrə video materiallar daxildir.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə