Azərbaycanın batut gimnastları Çində keçirilən dünya çempionatında gümüş qazandılar

04:10 Digər növlər 41
Azərbaycanın batut gimnastları Çində keçirilən dünya çempionatında gümüş qazandılar

Azərbaycanın batut gimnastikası üzrə milli komandasının üzvləri Selcan Mahsudova və Maqsud Mahsudov Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıblar.

Sportinfo.az xəbər verir ki, bacı-qardaş dueti batut gimnastikasında qarışıq sinxron proqramın finalında 52.010 xal toplayaraq ikinci yeri tutublar.

Bu nəticə ilə Selcan və Maqsud qarışıq sinxron proqramda dünya çempionatının gümüş medalını qazanan ilk Azərbaycan təmsilçiləri olublar.

Belarus gimnastları qızıl, Yaponiya təmsilçiləri isə bürünc medal qazanıblar.

Azərbaycan gimnastları dünya çempionatında digər proqramlar üzrə də mübarizəni davam etdirirlər.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə