Klub prezidenti iclas keçirdi, hamını müjdələdi, baş məşqçini müdafiə etdi

11:30 Hadisə 44
Klub prezidenti iclas keçirdi, hamını müjdələdi, baş məşqçini müdafiə etdi

«Şəfa»nın prezidenti Kənan Sadıqlı əsas komandanın məşqçi və futbolçu heyəti ilə görüşüb.

Yığıncaqda Premyer Liqanın ilk dövrəsinin gedişatı müzakirə olunub.

Görəvə gəldiyi gündən kollektivə böyük diqqət və qayğı ilə yanaşan başqan onlara yenə öz dəstəyini nümayiş etdirib.

Rəhbər klubun maliyyə problemlərinin olmadığını, sadəcə, bəzi texniki və sənədləşmə məsələri üzündən maaşların bir qədər gecikdiyini diqqətə çatdırıb.

Bildirib ki, bundan sonrakı mərhələdə belə çətinliklər yaranmayacaq, hər şey arxada qalıb. Builki məqsədlərinin Premyer Liqada qalmaq olduğunu deyən K.Sadıqlı qeyd edib ki, o, komandanın qarşıya qoyan tapşırığı yerinə yetirəcəyinə şübhə bəsləmir.

22 ildən sonra elitaya dönən paytaxt təmsilçisinin birinci şəxsi Zaur Həşimovun başçılıq etdiyi məşqçilər korpusunun arxasında dayandıqlarını diqqətə çatdırıb.

Şəraitin daha da yaxşılaşması yönündə növbəti addımları atmağa hazırlaşdığını vurğulayan prezident söyləyib ki, «Şəfa»nın ənənəsi var və hər mövsümdə klubun iddiası bir qədər də artacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə