Messi və Ronaldonun rekordunu təkrarladı - “Barselona”nın braziliyalı hücumçusu

5 Sentyabr 10:20 İspaniya 554
Messi və Ronaldonun rekordunu təkrarladı - “Barselona”nın braziliyalı hücumçusu

“Barselona”nın braziliyalı hücumçusu Rafinya La Liqanın 2026/27 mövsümünə möhtəşəm start verərək dünya futbolunun əfsanələri Lionel Messi və Kriştianu Ronaldoya çatıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Sofascore” nəşri məlumat yayıb.

Nəşrin təqdim etdiyi statistikaya görə, 2015/16 mövsümündən bəri İspaniya çempionatının ilk 3 turunda azı 5 qol və ya məhsuldar töhfə verməyi bacaran cəmi 3 futbolçu olub və Rafinya bu müstəsna siyahıya adını yazdıran 3-cü oyunçudur.

Ondan əvvəl bu göstəriciyə yalnız 2015/16 mövsümündə Kriştianu Ronaldo, 2017/18 mövsümündə isə Lionel Messi imza ata bilmişdi.

Məlumat üçün bildirək ki, La Liqanın 4-cü turu çərçivəsində “Barselona” sentyabrın 6-da səfərdə “Valensiya”nın qonağı olacaq.

“Mestalya” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM