“Son 15 ildə baş verənlər dəyişməyəcək. - Məşhur məşqçidən PROQNOZ

21:40 İspaniya 105
“Son 15 ildə baş verənlər dəyişməyəcək. - Məşhur məşqçidən PROQNOZ

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone komandasının heyətinin “Real” və “Barselona” ilə müqayisədə vəziyyətindən danışıb.

Sportinfo.az “Atletico Universe”-yə istinadən xəbər verir ki, argentinalı mütəxəssis İspaniya futbolunda son 15 ildə dəyişməyən reallığın olduğunu bildirib:

“Son 15 ildə baş verənlər dəyişməyəcək. İspaniyada “Real” və “Barselona” var. Onların arxasınca isə fərqi azaltmağa çalışan bütün digər komandalar gəlir”.

“Atletiko” mövsümün ilk üç turundan sonra 7 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Madrid təmsilçisi La Liqanın 4-cü turunda sabah səfərdə “Atletik”lə üz-üzə gələcək. Qarşılaşma saat 18:15-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti