Kolumbiyalı hücumçunu transfer edə bilər - “Barselona”

18:20 İspaniya 169
Kolumbiyalı hücumçunu transfer edə bilər - “Barselona”

“Barselona” yay transfer pəncərəsi bağlanana qədər mərkəz hücumçusu mövqeyini gücləndirmək istəyir.

Kataloniya klubu Xulian Alvaresin transferinə ümidini itirməsə də, “Atletiko”nun mövqeyi səbəbindən alternativ variantları da nəzərdən keçirir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” Lissabon “Sportinq”ində çıxış edən Luis Suareslə maraqlanır.

Söhbət 2014-2020-ci illərdə “Barselona”nın formasını geyinmiş məşhur uruqvaylı hücumçudan getmir.

Kataloniya klubunun gündəmindəki futbolçu “Sportinq”in 28 yaşlı kolumbiyalı forvardı Luis Suaresdir.

Suaresin transferini reallaşdırmaq “Barselona” üçün asan olmayacaq. Buna səbəb oyunçunun “Sportinq”in əsas futbolçularından biri olmasıdır.

“Barselona” Alvaresin transferi mümkün olmadığı təqdirdə, gələn həftədən etibarən Suares variantını daha ciddi şəkildə nəzərdən keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı