“Barselona”da tərcüməçi işlədiyi haqda deyilənləri təkzib etdi - Mourinyo

13 Avqust 01:30 İspaniya 426
“Barselona”da tərcüməçi işlədiyi haqda deyilənləri təkzib etdi - Mourinyo

“Real”ın baş məşqçisi Joze Mourinyo “Barselona”da çalışdığı dövr barədə danışıb.

Portuqaliyalı mütəxəssis 1996-2000-ci illərdə Kataloniya klubunun məşqçilər heyətində yer alıb.

Sportinfo.az “Madrid Universal”-a istinadən xəbər verir ki, o, 1996-1997-ci illərdə komandanın baş məşqçisi olan Bobbi Robsonun tərcüməçisi olduğu haqda deyilənləri təkzib edib:

“Barselona”da ingilis dilində səlis danışan tək mən olmağım tərcüməçi işlədiyim anlamına gəlmir.

Akademik təcrübəm ingilis dilini öyrənməyə imkan verirdi, amma Bobbi Robsonun tərcüməçisi deyildim, daha çox onun köməkçisi kimi idim”.

Mourinyo 2000-ci ildə müstəqil məşqçilik karyerasına başlayıb və ilk olaraq “Benfika”ya rəhbərlik edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!