“Barselona”nın baş məşqçisi bu hücumçuların heç birini istəmir - Gözü yalnız ondadır

13 Avqust 00:10 İspaniya 470
“Barselona”nın baş məşqçisi bu hücumçuların heç birini istəmir - Gözü yalnız ondadır

“Barselona” heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir. Kataloniya klubunun əsas transfer hədəfi “Atletiko”nun hücumçusu Xulian Alvares olaraq qalır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandasında nə Viktor Osimheni (“Qalatasaray”), nə Duşan Vlahoviçi (azad agent), nə də Lautaro Martinesi (“İnter”) görmək istəyir.

Almaniyalı mütəxəssisin tək istəyi Alvaresdir.

Bildirilir ki, “Atletiko”nun argentinalı futbolçusunun transferi baş tutmasa, Flik klub rəhbərliyindən başqa hücumçunun alınmasını tələb etməyəcək.

“Barselona”nı yaxın zamanda Ferran Torres də tərk edəcək. İspaniyalı hücumçunun PSJ-yə keçəcəyi gözlənilir. Robert Levandovski də ötən mövsümün sonunda Kataloniya klubundan ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!