“Barselona”nın hücumçusu Ferran Torres PSJ-yə keçməyə çox yaxındır.
Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun transferinin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.
Torres Fransa çempionunun təklifinə müsbət cavab verib.
İspaniyalı forvardla bəzi komanda yoldaşları arasında gərginlik yaranıb. Adları açıqlanmayan futbolçular Ferranın PSJ ilə “gizli şəkildə” razılığa gəlməsindən narazı qalıblar.
Bildirilir ki, hücumçu mümkün transferi barədə komanda yoldaşlarına heç nə deməyib. Bu isə “Barselona”nın bəzi futbolçularına qəribə gəlib.
Kataloniya klubunun dünya çempionu olan hücumçunun satışından təxminən 55 milyon avro əldə edəcəyi gözlənilir.
