“Atletiko”nun baş məşqçisi Dieqo Simeone komandasının müdafiədəki çıxışını dəyərləndirib.
Sportinfo.az “France Football”-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis ötən mövsüm, xüsusilə, Çempionlar Liqasında müdafiədə ciddi problemlər yaşadıqlarını bildirib:
“İstəyirəm ki, yenidən müdafiədə daha etibarlı oynayaq. Ötən mövsüm, xüsusilə, Çempionlar Liqasında çox zəif müdafiə olunurduq.
Çox hücum etməyimizə və yarımfinala qədər irəliləməyimizə baxmayaraq, bunu heç kim qiymətləndirmir. Niyə? Çünki “Atletiko”nun belə bir reputasiyası var”.
Simeone, həmçinin, yarımmüdafiəçilərindən daha çox qol gözlədiyini vurğulayıb.
“Atletiko” La Liqanın yeni mövsümündə ilk oyununu doğma meydanda “Malaqa”ya qarşı keçirəcək. Avqustun 19-da keçiriləcək qarşılaşma saat 00:00-da başlayacaq.
