Premyer Liqa klubunun hədəfindədir - “Barselona”nın müdafiəçisi

11 Avqust 18:20 İspaniya 349
Premyer Liqa klubunun hədəfindədir - “Barselona”nın müdafiəçisi

“Barselona”nın müdafiəçisi Jül Kunde karyerasını “Arsenal”da davam etdirə bilər.

Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, İngiltərə klubu fransalı futbolçu ilə ciddi şəkildə maraqlanır.

“Arsenal”ın baş məşqçisi Mikel Arteta müdafiəçini xüsusilə bəyənir, lakin klub hələlik transferlə bağlı razılıq əldə edə bilməyib.

“Barselona”nın maliyyə vəsaitinə ehtiyac duyduğu üçün Kunde ilə bağlı təklifləri nəzərdən keçirməyə hazır olduğu bildirilir. Amma oyunçu özü Kataloniya klubundan ayrılmaq istəmir.

27 yaşlı futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə 47 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM