“Tottenhem”in müdafiəçisi “Atletiko”ya keçməyə yaxındır

11 Avqust 15:40 İspaniya 337
“Tottenhem”in müdafiəçisi “Atletiko”ya keçməyə yaxındır

“Tottenhem”in müdafiəçisi Kristian Romero “Atletiko”ya keçməyə yaxındır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu Madrid klubu ilə müddəti 2030-cu ilin yayına qədər olan müqavilə imzalamaq barədə razılığa gəlib.

Anlaşmaya müddətin daha bir il uzadılma bəndinin də daxil ediləcəyi bildirilir.

Romero “Atletiko”da mövsümə 6 milyon avro maaş alacaq.

Hazırda klublar transferin son detallarını razılaşdırırlar. Tərəflərin keçidin baş tutacağına əmin olduğu qeyd edilir.

Argentinalı 2022-ci ildən “Tottenhem”də çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 32 matçda iştirak edib, 6 qol vurub və 4 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi