“Barselona”ya keçmək arzusu baş tutmadı - Serbiyalı hücumçunun

12:20 İspaniya 79
“Barselona”ya keçmək arzusu baş tutmadı - Serbiyalı hücumçunun

“Yuventus”un sabiq hücumçusu Duşan Vlahoviç bu yay “Barselona”ya keçməyəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, serbiyalı forvard karyerasını Kataloniya klubunda davam etdirmək istəyib və “Barselona” rəhbərliyi də onun bu istəyindən xəbərdar olub.

Ancaq klubun idman direktoru Deku və baş məşqçi Hans-Diter Flik 26 yaşlı oyunçunun transferinin məqsədəuyğunluğuna şübhə ilə yanaşıblar.

Məhz bu səbəbdən, “Barselona” Vlahoviçin namizədliyini ciddi şəkildə nəzərdən keçirməyib.

Deku hücum xəttini gücləndirmək üçün “İnter”in forvardı Lautaro Martinesə üstünlük verir.

Bununla belə, Kataloniya klubunun Milan təmsilçisinin kapitanını transfer etmək üçün konkret planları barədə hələlik məlumat yoxdur.

Son xəbərlərə görə, Vlahoviç “Beşiktaş”a keçməyə yaxındır.

Digər Xəbərlər
Xəbər Lenti
10 Avqust 18:10 Çək və bizə göndər!