Hazırda “Barselona”nın transfer siyahısında 4 hücumçu var - SİYAHI

11 Avqust 10:20 İspaniya 494
Hazırda “Barselona”nın transfer siyahısında 4 hücumçu var - SİYAHI

“Barselona” “Atletiko”nun hücumçusu Xulian Alvaresin əvəzinə “Bornmut”un forvardı Eli Junior Krupinin transferini nəzərdən keçirir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik fransalı hücumçu ilə maraqlanır.

“Bornmut”un futbolçusu üçün 80 milyon avrodan çox tələb etdiyi bildirilir. Klubun bu tələbi Krupinin ağır zədə keçirməsinə baxmayaraq, irəli sürdüyü qeyd olunur.

“Barselona”nın transfer siyahısında həmçinin, Harri Keyn (“Bayern”), Seru Qirassi (“Borussiya”, Dortmund) və Aleksander Sörlotun (“Atletiko”) adları yer alır.

Krupiyə gəlincə, 20 yaşlı futbolçu ötən mövsüm bütün turnirlərdə 35 oyuna çıxıb və 13 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi