Premyer Liqadan aldığı təklifi geri çevirdi, “Real”da qalmağa qərar verdi

10 Avqust 00:10 İspaniya 447
Premyer Liqadan aldığı təklifi geri çevirdi, “Real”da qalmağa qərar verdi

“Real”ın yarımmüdafiəçisi Tiaqo Pitarc “Fulhem”ə transfer olmaqdan imtina edərək, Madrid klubunda qalmağa qərar verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu 19 yaşlı futbolçu ilə ciddi maraqlanıb.

Həmçinin komandanın baş məşqçisi Alvaro Arbeloa da daha əvvəl tanıdığı Pitarcı komandasında görmək istəyib. Lakin yarımmüdafiəçi bu təklifi qəbul etməyib.

Qərarın əsas səbəblərindən biri yeni baş məşqçi Joze Mourinyonun ona göstərdiyi etimad olub. Portuqaliyalı mütəxəssis onu əsas komanda üçün inkişaf etdirmək niyyətindədir.

Pitarc zədə səbəbindən hazırda “Real”ın mövsümöncəsi hazırlığında iştirak etmir. Lakin bu, Mourinyonun planlarını dəyişməyib və o, klubun yetirməsinə güvənir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!