Millinin və “Barselona”nın sabiq yarımmüdafiəçisi ABŞ klubuna transfer olundu

10 Avqust 00:00 İspaniya 544
Millinin və “Barselona”nın sabiq yarımmüdafiəçisi ABŞ klubuna transfer olundu

İspaniya millisinin və “Barselona”nın sabiq yarımmüdafiəçisi Serxi Roberto “Los Anceles Qalaksi”yə transfer olunub.

Sportinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı futbolçu ABŞ klubuna azad agent statusunda keçib. O, daha əvvəl İtaliya “Komo”sunda çıxış edib.

Roberto uzun illər “Barselona”nın formasını geyinib.

O, Kataloniya klubunda 351 oyuna çıxıb, 19 qol vurub və 6 İspaniya kuboku, 7 La Liqa, 3 İspaniya superkuboku, 2 Çempionlar Liqası, həmçinin, Klublararası dünya kuboku və UEFA superkubokunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!