“Barselona” 60 milyon avro təklif etdi - Rodri üçün

20:25 İspaniya 66
“Barselona” 60 milyon avro təklif etdi - Rodri üçün

“Barselona” yarımmüdafiəçi Rodrinin transferi ilə bağlı “Mançester Siti” ilə danışıqları davam etdirir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu ispaniyalı futbolçu üçün təxminən 60 milyon avro ödəməyə hazırdır.

Klub transferi mümkün qədər tez rəsmiləşdirmək istəyir. Lakin “Mançester Siti”nin daha əvvəl 45 milyon avro və 10 milyon avro bonusdan ibarət ilkin təklifi rədd etdiyi bildirilib.

İngiltərə klubu əvvəlcə 30 yaşlı futbolçu üçün 80 milyon avro tələb etsə də, sonda təxminən 70 milyon avroluq təklifi qəbul edə bilər.

Rodrinin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ildə başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti