“O, kimsədən üstün olduğunu sübut etməyə çalışmırd””- Ronaldodan danışdı

01:40 İspaniya 84
“O, kimsədən üstün olduğunu sübut etməyə çalışmırd””- Ronaldodan danışdı

“Real Madrid” və “Mançester Yunayted”in keçmiş hücumçusu Xavyer Ernandes (Çiçarito) Rio Ferdinandın müəllif podkastında Kriştianu Ronaldo barədə təəssüratlarını bölüşüb.

Sportinfo.az xəbər verir ki, meksikalı hücumçu 2014/15 mövsümündə portuqaliyalı ulduzla birlikdə “Kral klubu”nun şərəfini qoruyub.

Ferdinandın “Ronaldo ilə eyni soyunub-geyinmə otağında olarkən ilk təəssüratın necə oldu?” sualına “Çiçarito” belə cavab verib:

“Möhtəşəm idi. Sizin Mançesterdə onun haqqında danışdıqlarınızın hamısı həqiqət idi.

O, hətta şam yeməyi masasında belə rəqabət aparırdı. Lakin bu rəqabət ruhunun təkəbbürlə heç bir əlaqəsi yoxdur.

O, kimsədən üstün olduğunu sübut etməyə çalışmırdı.

Sadəcə, ən yaxşı olmaq üçün hər gün, hər saniyə bu rejimdə olmalısan. Şəxsi söhbətlərimizdə də o, tamamilə səmimi və təbii insan idi”.

Məlumat üçün bildirək ki, Kriştianu Ronaldo 5 qat Çempionlar Liqasının qalibi, 2016-cı ilin Avropa çempionu və ikiqat Millətlər Liqasının qalibidir.

Portuqaliyalı ulduz, həmçinin milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Çempionatı tarixinin ən çox qol vuran oyunçusudur.

Bundan başqa, Ronaldo 5 dəfə “Qızıl top” mükafatına layiq görülüb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Avqust 18:10 Çək və bizə göndər!