“Səkkiz il elə azdır ki... Daha altı il və həmişəlik “Real Madrid”

01:30 İspaniya 63
“Səkkiz il elə azdır ki... Daha altı il və həmişəlik “Real Madrid”

“Real Madrid”in vingeri Vinisius Junior İspaniya klubu ilə müqaviləsini yeniləməsi barədə danışıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı ulduz sosial şəbəkə hesablarında paylaşım edərək təəssüratlarını bölüşüb:

“Bernabeu”da səkkiz il elə azdır ki... Daha altı il və həmişəlik “Real Madrid”!

Tərəflər arasında imzalanan yeni sözləşmə 2032-ci ilin yayına qədər nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, Vinisius 2018-ci ilin yayından “Real Madrid”in şərəfini qoruyur. İstedadlı futbolçu Madrid təmsilçisinə Braziliyanın “Flamenqo” klubundan 45 milyon avro qarşılığında transfer olunub.

Başa çatan mövsümdə o, “Kral klubu”nun heyətində 53 matçda iştirak edərək 22 qol vurub və 14 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Avqust 18:10 Çək və bizə göndər!