Dedi və etdi: “Sözünün üstündə duran adam” - FOTO

8 Avqust 00:20 İspaniya 412
Dedi və etdi: “Sözünün üstündə duran adam” - FOTO

İspaniya millisinin ulduz futbolçusu Qavi verdiyi vədi yerinə yetirib.

Gənc yarımmüdafiəçi İspaniya dünya kubokunu qazandığı təqdirdə saçlarını çəhrayı rəngə boyayacağını açıqlamışdı və çempionluqdan sonra bu addımı atıb.

Sportinfo.az xəbər verir ki, Qavi yeni görünüşünü sosial şəbəkə hesabında paylaşaraq “Sözünün üstündə duran adam” ifadəsini yazıb.

Futbolçunun paylaşımı qısa zamanda böyük maraq doğurub və azarkeşlər tərəfindən çoxsaylı reaksiyalar alıb.

İspaniya millisinin futbolçusu turnirdən əvvəl verdiyi vədlə diqqət çəkmişdi. O, komanda çempion olacağı halda saç rəngini dəyişəcəyinə söz vermişdi.

İspaniya millisinin müdafiəçisi Mark Kukurelya çempion olacaqları təqdirdə baş məşqçi Luis de la Fuentenin üzünü bədəninə döymə etdirəcəyini açıqlamış və bu yaxınlarda vədini yerinə yetirmişdi.


Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi