125 milyon verdilər, hələ yenə ödəmə edəcəklər - Transfer anlaşması

15:40 İspaniya 86
125 milyon verdilər, hələ yenə ödəmə edəcəklər - Transfer anlaşması

“Real Madrid” “Leyptsiq"in cinah hücumçusu Yan Diomandenin transferini elan edib.

Sportinfo.az xəbər verir ki, futbolçu ilə 2033-cü ilə qədər müqavilə imzalanıb.

Məlumata görə, Diomandenin transfer dəyəri 125 milyon avro təşkil edəcək. Almaniya klubu gələcəkdə bonuslar şəklində daha 15 milyon avro qazana bilər.

Hücumçu 2025-ci ildən “Leyptsiq”in şərəfini qoruyurdu. O, 2025/26 mövsümündə 36 oyunda meydana çıxaraq 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” portalının məlumatına görə, kot-d'ivuarlı futbolçunun bazar dəyəri 90 milyon avro qiymətləndirilir.

O, son dünya çempionatında 4 oyunda iştirak edib və 1 məhsuldar ötürmə müəllifi olub.

Digər Xəbərlər
Xəbər Lenti