Dünya çempionatını onlarla birgə keçirməyək - ETİRAZ ETDİLƏR!

12:00 İspaniya 88
Dünya çempionatını onlarla birgə keçirməyək - ETİRAZ ETDİLƏR!

İspaniya parlamentinin solçu “Sumar” koalisiyası 2030-cu il dünya çempionatının Mərakeşlə birgə keçirilməsindən imtina etmək təklifi ilə parlamentə müraciət edib.

Sportinfo.az “EFE” agentliyinə istinadən xəbər verir ki, müvafiq sənədi dörd deputat imzalayıb.

Təşəbbüs müəllifləri FIFA, İspaniya Kral Futbol Federasiyası və Portuqaliya hakimiyyətinə müraciət edərək qarşıdakı turnirin təşkilatçılıq modelinə yenidən baxmağı təklif ediblər.

Sənəddə futbol vasitəsilə hər şeyi “təmizə çıxarmağın” yolverilməz olduğu vurğulanır.

DÇ-2030-un əsas ev sahibləri İspaniya, Portuqaliya və Mərakeşdir. Açılış matçlarının isə Uruqvay, Argentina və Paraqvayda keçirilməsi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
5 Avqust 18:10 Çək və bizə göndər!