Premyer Liqadan ayrılacağı halda, yalnız “Real”a keçmək istəyir

10:20 İspaniya 84
Premyer Liqadan ayrılacağı halda, yalnız “Real”a keçmək istəyir

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri gələcək karyerası ilə bağlı qərarını verib.

Sportinfo.az AS nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu İngiltərə klubundan ayrılacağı halda, yalnız “Real”a keçmək istəyir.

Onunla maraqlanan klubların, o cümlədən “Barselona”nın da artıq bu mövqedən xəbərdar olduğu bildirilib. Son günlər Kataloniya klubunun da yarımmüdafiəçini transfer etmək istədiyi barədə xəbərlər yayılıb.

Rodrinin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı onun bazar dəyərini 55 milyon avro olaraq qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti