“İnter Mayami” rəhbərliyi komandanın 2027-ci ildə Joan Qamper kubokunda (“Barselona”nın qurucularından olan Joan Qamperin şərəfinə keçirilir) iştirak etmək üçün “Barselona” ilə danışıqlar apardığı barədə yayılan xəbərləri təkzib edib.
Sportinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Lionel Messinin çıxış etdiyi ABŞ klubunun ənənəvi mövsümöncəsi oyunda Kataloniya təmsilçisinin rəqibi ola biləcəyi bildirilirdi.
Ancaq sonradan məlum olub ki, bu məsələ ilə bağlı klublar arasında nə rəsmi, nə də qeyri-rəsmi təmaslar baş tutub.
Beləliklə, Messinin yenidən “Kamp Nou”ya qayıdışı azarkeşlər üçün cəlbedici ssenari olaraq qalsa da, hazırda bunun reallaşacağına dair konkret addım və ya plan mövcud deyil.

