Mourinyonun “Real”dan göndərilməsini istədiyi futbolçular kimlərdir?

01:30 İspaniya 147
Mourinyonun “Real”dan göndərilməsini istədiyi futbolçular kimlərdir?

“Real”ın baş məşqçisi Joze Mourinyo komandada gələcək planlarına daxil olmayan futbolçuları müəyyənləşdirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nda yenidənqurma prosesi təzə başlayıb və heyətlə bağlı əsas qərarları məhz Mourinyo verəcək.

Portuqaliyalı mütəxəssisin planlarına sol cinah müdafiəçiləri Ferlan Mendi, Fran Qarsiya və Alvaro Karreras daxil deyil. Bununla belə, sonuncunun komandada qalmaq ehtimalı daha yüksək qiymətləndirilir.

Mourinyo mərkəz müdafiəçisi Raul Asensioya da güvənmir. Futbolçunun isə klubdan ayrılmaq niyyətində olmadığı bildirilir.

Bundan əlavə, yarımmüdafiəçi Eduardo Kamavinqanın çıxışı da baş məşqçini qane etmir. Ancaq o da komandasını dəyişmək istəmir.

Orelyen Tçuameninin satışı da istisna edilmir. Fransalı yarımmüdafiəçi ilə “Mançester Yunayted” yaxından maraqlanır. Uruqvaylı yarımmüdafiəçi Federiko Valverdenin satışının isə gündəmdə olmadığı vurğulanır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 İyun 18:10 Çək və bizə göndər!
24 İyun 03:40 Burada görüşdülər
24 İyun 03:00 Toyları harada olacaq?