Yeni transfer xoşuna gəldi: “Çox sürətli oyunçudur”

21 İyun 00:10 İspaniya 618
Yeni transfer xoşuna gəldi: “Çox sürətli oyunçudur”

“Barselona”nın müdafiəçisi Erik Qarsiya komandanın yeni transferi Entoni Qordon haqqında fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ingilis futbolçunun sürəti və pressinq bacarığı ilə komandaya yeni xüsusiyyətlər qazandıracağını söyləyib:

“Qordon çox sürətli oyunçudur və daim pressinq edir. O, Lamin Yamal və Rafinya kimi təkbətək oyunda güclü olan cinah oyunçularından fərqlənir.

Qordon boşluqlardan istifadə etməyi bacarır və bu, bizim üçün çox faydalı ola bilər. Onun pressinq bacarığını da yüksək qiymətləndirirəm.

Bu keyfiyyətləri son mövsümdə “Nyukasl”a qarşı oynayanda aydın gördük”.

“Barselona” Qordonu “Nyukasl”dan 80 milyon avro qarşılığında transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti