70 milyonluq ispaniyalı hücumçu “Real”ı tərk etməyəcək

15:40 İspaniya 114
70 milyonluq ispaniyalı hücumçu “Real”ı tərk etməyəcək

Qonsalo Qarsiya növbəti mövsümdə də “Real”ın formasını geyinə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb.

İspaniyalı hücumçunun “kral klubu”nda qalmaq ehtimalı kifayət qədər yüksək qiymətləndirilir.

“Transfermarkt” portalının məlumatına əsasən, Qarsiyanın bazar dəyəri 30 milyon avrodur. Futbolçunun “Real”la müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.

Qarsiya ötən mövsüm 39 oyunda meydana çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti