“Real”la oyun mənim üçün hər cəhətdən kabus idi”

00:20 İspaniya 112
“Real”la oyun mənim üçün hər cəhətdən kabus idi”

“Barselona”nın yarımmüdafiəçisi Pedri “Real”la bir müddət əvvəl keçirilən uğursuz “el klasiko”sunu yada salıb.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu bu oyunun ona mənfi təsir göstərdiyini söyləyib:

“Real”la oyun mənim üçün hər cəhətdən kabus idi: uduzduq, karyeramda ilk qırmızı vərəqəni aldım və zədələndim. Bu zədə ciddi mənfi təsir göstərdi”.

“Barselona”nın “Real”la oyunu oktyabrın sonunda “Santyaqo Bernabeu”da baş tutub və 1:2 hesablı məğlubiyyətlə başa çatıb.

Pedri matçın sonunda qırmızı vərəqə alıb və qısa müddət sonra ona ciddi zədə diaqnozu qoyulub.

Amma il “Barselona” üçün uğurlu başa çatıb. Komanda bir sıra qələbələr qazanıb və turnir cədvəlində “Real”ı 4 xal qabaqlayaraq, liderdir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Dekabr 18:10 Çək və bizə göndər!
24 Dekabr 04:00 Mükafatlarını aldılar