“Atletiko”nun hücumçusu Aleksander Sörlot qış transfer pəncərəsində komandadan ayrıla bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “Krrish” nəşri məlumat yayıb.
Norveçli futbolçu klubdakı mövcud vəziyyətdən narazıdır və artıq agentlərinə yeni komanda tapmaları ilə bağlı müraciət edib.
Bildirilir ki, 30 yaşlı hücumçu ilə baş məşqçi Dieqo Simeone arasında münasibətlər gərgindir. Buna səbəb isə Sörlotun yetərincə oyun praktikası əldə etməməsidir.
Sörlota İngiltərə Premyer Liqası klubları maraq göstərir. Həmin klublar onu yayda transfer etmək istəyiblər.
Sörlot cari mövsümdə bütün turnirlər üzrə 22 oyunda meydana çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə verib.

