Premyer Liqa klublarının təklifini rədd etdi - “Barselona”nın vingeri

23 Dekabr 2025 01:30 İspaniya 593
Premyer Liqa klublarının təklifini rədd etdi - “Barselona”nın vingeri

“Barselona”nın vingeri Runi Bardqi klubdakı gələcəyi üçün mübarizəyə hazır olduğunu açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

20 yaşlı futbolçu yanvarda icarəyə getmək niyyətində deyil. O, “Kristal Pelas”, “Brayton” və “Everton” da daxil olmaqla, İngiltərə Premyer Liqasından gələn bir neçə təklifi rədd edib.

“Barselona” Bardqini cari ilin yayında transfer edib. O, həmin vaxtdan bütün turnirlərdə 13 oyunda meydana çıxaraq, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

Onun kataloniyalılarla müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti