Məhkəmədə ifadə verdi - “Barselona”nın sabiq prezidenti

21:40 İspaniya 79
Məhkəmədə ifadə verdi - “Barselona”nın sabiq prezidenti

“Barselona”nın sabiq prezidenti Sandro Rosel “Xose Mariya Enrike Neqreyra işi” üzrə məhkəmədə ifadə verib. O, bu işdə şübhəli şəxs qismində dinlənilib.

2023-cü ildə “Barselona”nın keçmiş rəhbərliyi İspaniya Futbol Federasiyasının Hakimlər Texniki Komitəsinin sabiq vitse-prezidenti Neqreyraya edilən ödənişlərlə bağlı rüşvət ittihamı ilə üzləşib.

Məhkəmənin qənaətinə görə, Kataloniya klubu 2001–2018-ci illər arasında Neqreyraya ümumilikdə 7,7 milyon avro ödəyib və bu, cinayət tərkibi daşıyır.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, “Barselona”nın prezidenti olmuş (2010–2014) və Xuan Laportanın ilk rəhbərliyi dövründə (2003–2005) İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərmiş Rosel, Laportanın ilk dövründə Neqreyra ilə şəxsən tanış olduğunu bildirib:

“2003-cü ildə Laportanın ilk İdarə Heyətinə daxil olanda Neqreyra ilə tanış oldum. O, klubun tarixən hakimlik məsələləri üzrə məsləhətçisi kimi təqdim edilmişdi.

2003–2005-ci illər arasında Neqreyranı vaxtaşırı stadionda görürdüm və o, hakimliklə bağlı hesabatlar hazırlayaraq kluba məsləhətlər verirdi. Bəzi hallarda Neqreyra stadionda olmurdu, çünki hakimlik təhlilini televiziya vasitəsilə aparmaq daha səmərəli idi”.

Rosel 2005-ci ildə istefa verdikdən sonra 2010-cu ilə qədər Neqreyra ilə əlaqəsinin olmadığını, prezident seçildikdən sonra isə bu müqaviləni digər yüzə yaxın müqavilə ilə birlikdə “miras aldıqlarını” deyib.

Roselin bu açıqlamaları Xuan Laportanın son ifadələri ilə ziddiyyət təşkil edir. Laporta məhkəmədə Neqreyra və onun oğlu ilə şəxsən tanış olmadığını, ödənişlərin isə yalnız hakimliklə bağlı məsləhət xidmətlərinə görə edildiyini söyləmişdi:

“18 il ərzində 7,3 milyon avro faydalı xidmətlər üçün o qədər də böyük məbləğ deyil”.

Laporta həmçinin, “Neqreyra işi” ilə bağlı “Barselona”nın yarışların nəticələrinə təsir göstərmədiyini və bu prosesin klubun tarixindəki uğurlu dövrü gözdən salmaq üçün planlaşdırılmış kampaniya olduğunu iddia edib.

Digər Xəbərlər
Xəbər Lenti