“Barselona”nın qapıçısı Mark-Andre ter Şteqenin gələcəyi hələ də qeyri-müəyyəndir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Almaniya millisinin əsas qapıçısı kimi 2026-cı il dünya çempionatında olmaq üçün müntəzəm oynamaq istəyir.
Lakin Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik onu yenidən start heyətinə qaytarmaq fikrində deyil.
Eyni zamanda, “Jirona” və “Aston Villa” Ter Şteqen üçün “Barselona”ya müraciət edib.
33 yaşlı qolkiper bel zədəsindən bu yaxınlarda sağalıb. O, bu mövsüm ilk dəfə “Qvadalahara”ya qarşı kubok matçında (2:0) meydana çıxıb.

