"Şadam ki, ad günümdə Ronaldonun rekordunu təkrarladım"

01:30 İspaniya 68
"Şadam ki, ad günümdə Ronaldonun rekordunu təkrarladım"

“Real Madrid”in hücumçusu Kilian Mbappe La Liqanın 17-ci turunda “Sevilya” ilə oyunda (2:0) komandanın heyətində bir təqvim ilində 59-cu qolunu vuraraq “Kral Klubunun” keçmiş futbolçusu Kriştiano Ronaldonun (2013-cü il) rekordunu təkrarlayıb.

Sportinfo.az xəbər verir ki, ulduz futbolçu bununla bağlı Los Blancos azarkeşlərinə videomüraciət edib.

“Salam Madridistlər! Kilian Mbappe sizinlədir. Bu qələbəyə görə sevincliyəm. Bütün madridlilərə böyük salam!

Şadam ki, ad günümdə Ronaldonun rekordunu təkrarladım. Yanvarın 4-də “Betis” ilə matçda görüşənədək. Hələlik!”- Mbappe bildirib.

Fransalı hücumçu “Sevilya”ya vurduğu qolu Ronaldonun üslubunda qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 20:00 Çək və bizə göndər!