“Norviç”in gənc hücumçusu Ajay Tavares karyerasını İspaniya çempionatında davam etdirə bilər.
Sportinfo.az “goal.com”-a istinadən xəbər verir ki, 15 yaşlı futbolçu ilə “Barselona” yaxından maraqlanır.
Kataloniya klubu Tavares üçün artıq rəsmi təklif göndərib və keçidin qış transfer pəncərəsində rəsmiləşdirilməsi mümkündür.
Gənc forvard hazırda “Norviç”in U-18 komandasında çıxış edir. O, həmçinin, İngiltərə U-17 millisinin heyətində 4 oyunda meydana çıxıb.
“Barselona” La Liqada 17 turdan sonra 43 xal toplayaraq, turnir cədvəlinə başçılıq edir. Kataloniya klubu 2-ci pillədə qərarlaşan “Real”ı 4 xal qabaqlayır.

