“Barselona”da “siçovul” ovu başladı - Mediaya məlumat ötürür?

20 Dekabr 2025 01:40 İspaniya 714
“Barselona”da “siçovul” ovu başladı - Mediaya məlumat ötürür?

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegenin komanda daxilindəki məxfi məlumatları mətbuata sızdırdığı iddia edilir.

Sportinfo.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Rafael Hernandez məlumat yayıb.

Onun sözlərinə görə, almaniyalı qolkiper klubla bağlı daxili məlumatların kənara çıxarılmasında əsas şübhəli şəxs hesab olunur.

Daha əvvəl baş məşqçi Hans-Diter Flikin soyunma otağındakı məlumat sızdıran və futbol dünyasında “siçovul” adlandırılan şəxsi müəyyən etdiyi barədə xəbərlər yayılmışdı. Lakin həmin vaxt konkret ad açıqlanmamışdı.

Mark-Andre ter Ştegen 2014-cü ildən “Barselona”nın şərəfini qoruyur və komandanın ən köhnə oyunçularından biridir. Bu iddianın klub daxilində necə qarşılanacağı maraq doğurur.

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!