“Real”ın vingeri Vinisius Junior yaxın gələcəkdə Madrid klubundan ayrılacağı halda, böyük ehtimalla Səudiyyə Ərəbistanına üz tutacaq.
Sportinfo.az “Football Insider”-ə istinadən xəbər verir ki, İngiltərə Premyer Liqası təmsilçiləri braziliyalı futbolçunun çətin xasiyyəti və mediada mübahisəli imici səbəbindən onun transferində maraqlı deyillər.
Premyer Liqanın aparıcı klubları Vinisiusun komandadaxili ab-havanı poza biləcəyindən ehtiyat edir və buna görə də onu transfer etməyi düşünmürlər.
Elə buna görə də oyunçunun karyerasını davam etdirmək üçün ən real istiqamət Yaxın Şərq klubları hesab olunur.
25 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 21 qarşılaşmada iştirak edib, 5 qol vurub və 7 məhsuldar ötürmə verib.

