Üç ulduzu “qırmızı” aldı, məğlub oldular - Qalmaqallı matçdan VİDEO

8 Dekabr 2025 12:20 İspaniya 1 087
Üç ulduzu “qırmızı” aldı, məğlub oldular - Qalmaqallı matçdan VİDEO

İspaniya La Liqasının 15-ci turunda “Real” evdə “Selta Viqo”nu qəbul edib.

Sportinfo.az xəbər verir ki, gərgin keçən matçda madridlilər rəqibinə 0:2 hesabı ilə uduzub.

Qarşılaşmada “kral klubu”nun iki futbolçusu qırmızı vərəqə görüb.

Əvvəlcə Fran Qarsiya 64-cü dəqiqədə meydandan qovulub. 90+1-ci dəqiqədə isə Alvaro Karreras qırmızı vərəqə alıb.

Ehtiyat oyunçular skamyasında isə Endrik hakimin “qırmızı”sına tuş gəlib.

“Real”ın baş məşqçisi Xabi Alonsonun taleyi də sual altına düşüb. Onun son 5 oyunun yalnız birində qələbə qazanması klub prezidenti Florentino Perezi qəzəbləndirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
31 Yanvar 17:50 "Mən bu ruhu tanıyıram"