“Barselona”nın baş məşqçisi Hans-Diter Flik La Liqanın 15-ci turunda “Betis” üzərində 5:3 hesablı qələbədən sonra Lamin Yamalın “10 nömrə” mövqeyində oynamaq istəyindən məmnun olduğunu bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, eyni zamanda, ispaniyalı futbolçunun çıxışını yüksək qiymətləndirib:
“Yamalla danışdım və ondan “10 nömrə” mövqeyində oynamaq istəyib-istəmədiyini soruşdum. O, “hə” dedi və mən çox xoşbəxtəm.
Bu, bizə daha çox seçim imkanı verir ki, bu da yaxşıdır. Onda gördüyüm hər şeyi bəyənirəm.
O, yaxşı formadadır. Müdafiədə yaxşı işləyirdi, geri çəkilirdi. O, inkişaf edir. Yamal fantastik oyunçudur.
Mənfi cəhətlərə diqqət yetirmək və yalnız oyunun son dəqiqələrinə baxmaq istəyirsizsə, bunu edə bilərsiz. Amma mən yox. Oyunçularımdan çox məmnunam”.

