“Barselona”nın idman direktoru Deku klubdan ayrılması ehtimal olunan hücumçu Robert Levandovski barədə danışıb.
37 yaşlı futbolçunun hazırkı müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
Onu Səudiyyə Ərəbistanından olan klublar transfer etmək istəyir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi hələ heç nəyin həll olunmadığını bildirib:
“Levandovski son illərin ən yaxşı hücumçularından biridir və onun müqaviləsi hələ bitməyib. Heç nə həll olunmayıb, nəticə çıxarmaq üçün hələ tezdir”.

