Yayda aldığı hücumçunu qışda sata bilər - Paytaxt təmsilçisi

7 Dekabr 2025 00:00 İspaniya 881
Yayda aldığı hücumçunu qışda sata bilər - Paytaxt təmsilçisi

“Atletiko”nun hücumçusu Cakomo Raspadori öz ölkəsinə qayıda bilər.

25 yaşlı futbolçu Dieqo Simeonenin komandasında əsas heyətdə az şans qazandığı üçün onun İtaliyaya dönə biləcəyi barədə xəbərlər güclənib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Raspadoriyə ən ciddi marağı “Roma” göstərir.

Bundan başqa, “Milan” və “Yuventus” da onun transferi uğrunda mübarizəyə qoşulmağa hazırdır.

İtaliyalı forvard bu ilin avqustunda “Napoli”dən “Atletiko”ya 22 milyon avroya transfer olunub.

O, cari mövsümdə Simeonenin komandasında 11 matça çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü