“Onun problemləri barədə açıq danışmaq istəmirəm, şəxsi söhbətimiz olub, vəssalam”

18:40 İspaniya 92
“Onun problemləri barədə açıq danışmaq istəmirəm, şəxsi söhbətimiz olub, vəssalam”

“Barselona”nın idman direktoru Deku komandanın müdafiəçisi Ronald Arauxo ilə bağlı yaranan psixoloji problemlərə dair suallara qısa cavab verib.

Uruqvaylı Çempionlar Liqasında “Çelsi” ilə matçda (0:3) aldığı qırmızı vərəqədən sonra kəskin ictimai tənqidə məruz qalıb və bu, onun psixoloji durumuna ciddi təsir göstərib.

Klub futbolçunun nə qədər müddət yaşıl meydanlardan uzaq qalacağını açıqlamayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Deku bu mövzuya geniş şərh vermək istəmədiyini bildirib:

“Arauxonun problemləri barədə açıq danışmaq istəmirəm. Onunla şəxsi söhbətimiz olub, vəssalam”.

Arauxo cari mövsümdə “Barselona”nın heyətində 15 oyuna çıxıb və 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti