Səudiyyə Ərəbistanından 4 klub istəyir - “Barselona”nın hücumçusunu

5 Dekabr 2025 18:40 İspaniya 903
Səudiyyə Ərəbistanından 4 klub istəyir - “Barselona”nın hücumçusunu

“Barselona”nın hücumçusu Robert Levandovski yayda La Liqanı tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

37 yaşlı forvardın Səudiyyə Ərəbistanına keçidi üçün real imkanlar mövcuddur. Polşalı bombardiri transfer etməkdə dörd Səudiyyə Ərəbistanı klubu maraqlıdır: “Əl-Nəsr”, “Əl-Hilal”, “’Əl-İttihad” və “Əl-Əhli”.

Levandovskinin “Barselona” ilə müqaviləsinin müddəti altı aydan sonra başa çatacaq ki, bu da onun yayda azad agent kimi ayrılmasını mümkün edir.

Levandovski cari mövsümdə “Barsa”nın heyətində 16 oyunda iştirak edib, 8 qol vurub və 1 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü